Ukraynanın Aİ üzvlüyünə qarşı çıxan ölkələr bəlli oldu

11-06-2022, 09:47           
Ukraynanın Aİ üzvlüyünə qarşı çıxan ölkələr bəlli oldu
Niderland və Danimarka Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsinin əleyhinədir.

Bu barədə “Bloomberg” məlumat verib.

Qeyd olunur ki, Danimarka Ukraynanın demokratiya, qanunun aliliyi, insan hüquqları, azlıqlara hörmət və müdafiəni təmin edən qurumların sabitliyi ilə bağlı meyarlara kifayət qədər cavab vermədiyini, Kiyevin bütün bu sahələrdə irəliləyişə nail olmaq üçün qanunvericilik və institusional bazasını əsaslı şəkildə təkmilləşdirməsinin lazım olduğunu bildirib.

Danimarka əmindir ki, Ukrayna hazırda Aİ-yə üzv olmaq, səmərəli bazar iqtisadiyyatı yaratmaq və ya vahid bazarda rəqabətədavamlı olmaq üzrə hazırlığın “ümumiyyətlə çox erkən mərhələsindədir”.

Mənbə: Ukrainskaya Pravda












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru