"Rusiya nə qədər alçalıb ki, ordusu Mariupoldan hətta salamat qalan trolleybusları oğurlayıb..."

12-06-2022, 07:58           
"Rusiya nə qədər alçalıb ki, ordusu Mariupoldan hətta salamat qalan trolleybusları oğurlayıb..."
"Rusiya Ukraynanı özünün müstəmləkəsi hesab edir"
"Rusiya ordusu on minlərlə ukraynalını öldürüb, yüz minlərlə ukraynalını öz ərazisinə deportasiya edib"

"Trolleybus oğruları-budurmu "böyük Rusiya?"


Zelenski bəyan edib ki, Rusiya Ukraynanı öz müstəmləkəsi hesab edir.

Rusiyalı işğalçılar Ukrayna xalqının azadlığını məhv etmək istəyir.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Sinqapurda "Dialoq Şanqri-La" konfransının iştirakçılarına müraciətində bəyan edib.

"Əslində, nə baş verir? Bu, bizə və dünyada çoxlarına lazım olan "mümkün olanla" Rusiyanın şiddətlə vuruşduğu "mümkün olmayan" arasında qarşıdurmadır.

Rusiya özünün müstəmləkəsi kimi baxdığı qonşu ölkənin azad mövcud olmasının, müstəqil mövcud olmasının mümkün olmamasını istəyir", - Zelenski deyib.

Onun sözlərinə görə, Rusiya ordusu on minlərlə ukraynalını öldürüb, öz ərazisinə "yüz minlərlə ukraynalını" deportasiya edib, Ukraynaya 108 gündə 2595 qanadlı raket buraxıb.

"Rusiya bizim torpağımızın, resurslarımızın, suyumuzun bizim insanların mənafeyi naminə istifadə olmasının mümkün olmamasını istəyir. O, bunları oğurlamaq istəyir və işğal etməyə macal tapdığı əraziləri fəal surətdə talayır.

Oradan - küçələrdə və həyətlərdə qalan maşınlardan tutmuş zəbt edilən zavodların avadanlığınadək, metallomdan taxıladək hər şey çıxarılır.

Siz təsəvvür edin, Rusiya nə qədər alçalıb ki, onun nümayəndələri bizim Rusiya ordusu tərəfindən tamamilə dağıdılmış Mariupol şəhərimizdən hətta salamat qalan trolleybusları oğurlayıb.

Budur "böyük Rusiya"-trolleybus oğruları", - Zelenski bəyan edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.