Makron Ukraynanın qələbəsindən qorxur

13-06-2022, 10:07           
Makron Ukraynanın qələbəsindən qorxur
Fransa və Almaniya hakimiyyəti Ukraynanın qələbəsindən, Rusiya Prezidenti Vladimir Putinin məğlubiyyətindən qorxur.

Axar.az xəbər verir ki, bu sözləri politoloq və publisist Andrey Piontkovski deyib.

"Fransa və Almaniya Ukraynanın qələbəsindən və Putinin məğlubiyyətindən qorxurlar. Çünki Ukraynanın qələbəsi beynəlxalq münasibətlərin bütün strukturunu, Avropanın təhlükəsizlik strukturunu dəyişəcək", - o bildirib.

Politoloq hesab edir ki, Almaniya və Fransa yeni sistemdə öz geosiyasi çəkisini itirəcək:

"Axı fransızlar davamlı olaraq “grandeur de la France” – “Fransanın əzəməti”ni təkrarlayırlar, bununla da İkinci Dünya müharibəsini biabırçı şəkildə uduzduqlarını və böyük dünya dövləti statusunu itirdiklərini kompensasiya edirlər. Onların şişirtdikləri bu süni “grandeur de la France” isə həmişə ondan ibarətdir ki, onlar hansısa yolla amerikalıları rüsvay və Kremllə “flört” edirlər. Fransa Prezidenti Emmanuel Makron açıq bəyan edir ki, o, vasitəçi ola bilər. Moskvanın danışacağı yeganə vasitəçi odur. Diktatorla vasitəçilər heç kimə lazım olmayacaq".

Onun sözlərinə görə, almanları daha çox iqtisadiyyat və biznes maraqlandırır:

"Buna görə də onlar imtiyazlı iqtisadi əlaqələr və ucuz qaz üçün Kremlə xidmət edir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.