Erməni qrupunda ilginc yazışma: - Qarabağ erməniləri ölməlidir

13-06-2022, 14:24           
Erməni qrupunda ilginc yazışma: - Qarabağ erməniləri ölməlidir
Erməni qrupunda ilginc yazışma: - Qarabağ erməniləri ölməlidir
Tarix: Bu gün, 11:59 | Çap et
Erməni qrupunda ilginc yazışma:

Bu gün Ermənistanda cəmiyyət arasında təhlükəli bir vəziyyət yaranıb. Ermənistanda yaşayan ermənilər Qarabağ erməniləri ilə dil tapa bilmir. Ermənistanda məskunlaşan Qarabağ erməniləri təzyiqlərlə üz-üzədirlər. Bu, sosial şəbəkələrdə özünü daha qabarıq göstərir.

DİA.AZ axar.az-a istinadla xəbər verir ki, bu günlərdə “Azadlıq” radiosunun İrəvanda keçirilən müxalifət aksiyaları ilə bağlı yaydığı xəbərə erməni sosial şəbəkə istifadəçilərinin şərhləri bu faktı bir daha təsdiqləyib.

Onlardan bəzilərinin şərhini təqdim edirik:

ABŞ-dan Anait Muradyan adlı istifadəçinin cavabı: “Axı siz hamınız yaxşı bilirsiniz ki, Qarabağ nə mənə, nə də sizə lazımdır. Qarabağ gec-tez qaytarılmalı idi”.

Ukraynada yaşayan erməni - Anya Vatsenko: “Bizim ordumuz yox idi. Ona görə də Qarabağı itirdik. Əvəzində hökuməti öz xalqından qoruyan yaxşı hazırlanmış qalxanlı polislərimiz var”.

Zara Sərkisyan: "Serj günahkardır. 2018-ci ildə o, Nikolun indi atdığı atdımı atmalı idi. Bilin ki, bir müddət sonra Qarabağ erməniləri sizin evlərinizdə yaşayacaq. Onlardan yaxa qurtarmalıyıq. Qarabağ erməniləri ölməlidir”.

Alla Jamkoyan: “Qarabağ erməniləri müharibə zamanı İrəvana qaçdılar. Bizim uşaqlar isə orada ölürdülər. Qarabağ erməniləri vicdansız və həyasızdırlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru