Azərbaycanlı gənclər Sankt-Peterburqda erməni təxribatının qarşısını aldı – FOTO

14-06-2022, 08:48           
Azərbaycanlı gənclər Sankt-Peterburqda erməni təxribatının qarşısını aldı – FOTO
9-10 iyun tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB Gənclər Parlamentlərarası Forumu keçirilib.

Sfera.az xəbər verir ki, Forumda "Davam" Gənclər Hərəkatının üzvləri Zəfər Rzayev və Elvin Babayev Azərbaycan nümayəndə heyəti olaraq iştirak ediblər.

Tədbir Tavriya sarayında Milli Məclisin deputatı, MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının koordinatoru Emin Hacıyevin sədrliyi ilə baş tutub.

İclasda MDB-yə üzv dövlətlərin parlament sədrlərinin MDB Gənclər Parlamentlərarası Forumunun iştirakçılarına salamlama nitqləri səsləndirilib.

Daha sonra müxtəlif ölkələrin nümayəndə heyətlərinin çıxışları zamanı Ermənistan nümayəndə heyətinin rəhbəri, deputat Lilit Minasyan mövzudan kənara çıxaraq 44 günlük Vətən müharibəsi zamanı Qarabağın tarixi-mədəni irsi, o cümlədən sosial obyektlərinin Azərbaycan tərəfindən dağıdıldığını dilə gətirib.

Məsələyə müdaxilə edən Azərbaycan nümayəndə heyətinin üzvləri Zəfər Rzayev və Elvin Babayev iclasın sədri Emin Hacıyevdən çıxış üçün söz haqqı istəyiblər. Çıxış zamanı onlar erməni deputatının iddialarının əsassız və iclasın mövzusuna zidd olduğunu bildiriblər.

O cümlədən iştirakçıların nəzərinə çatdırılıb ki, 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul olunub.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.