.İsrail Suriyanı vurdu, Rusiya belə reaksiya verdi

15-06-2022, 17:27           
.İsrail Suriyanı vurdu, Rusiya belə reaksiya verdi
İsrailin Suriya ərazisinə zərbələri qəbuledilməzdir.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.

“Əlbəttə, biz İsrailin Suriya ərazisini atəşə tutması məsələsini nəzərdən keçirəcəyik. Hesab edirik ki, bunu da vurğulamaq lazımdır. Bu, qəbuledilməzdir”, - Lavrentyev bildirib.

O qeyd edib ki, bundan əvvəl İsrailin Dəməşq hava limanına endirdiyi zərbələr nəticəsində uçuş-enmə zolağı zədələnib:

"Bu da beynəlxalq uçuşların qəbuluna, tranzit və Suriyaya gəlişi təmin etməyə imkan vermir".

Lavrentyev qeyd edib ki, ABŞ-ın Suriyada mövcudluğu məsələsini də nəzərdən keçiriləcək:

"Onlar Suriya milli sərvətini talamaqla məşğuldurlar".

Qeyd edək ki, bu gün və sabah Qazaxıstanda Suriya hökuməti və müxalifəti nümayəndələrinin, habelə Suriyanın nizamlanmasına dair “Astana” prosesinin qarant ölkələrinin (Rusiya, Türkiyə, İran) yüksək səviyyəli danışıqları keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru