Paşinyan 24 il əvvəlki sirri açdı

15-06-2022, 17:48           
Paşinyan 24 il əvvəlki sirri açdı
"Danışıqlar prosesinin bütün tarixi boyu Robert Köçəryan və Serj Sarkisyan (Ermənistanın keçmiş prezidentləri-red.) Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf ediblər, ya da “Qarabağ Azərbaycanın bir hissəsi olmayacaq” prinsipini rəhbər tutmayıblar”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 15-də parlamentdəki çıxışında bildirib.

O, sübut olaraq 1998-ci ildə Robert Köçəryanın ATƏT-in ovaxtkı Minsk qrupuna “vahid dövlət” əsasında danışıqlar aparmağa razılıq verməsini göstərib.

Baş nazirin sözlərinə görə, həmin sənəddə Qarabağ sakinlərinin pasportunda Azərbaycan vətəndaşlıqlarına dair xüsusi qeyd olacağı da öz əksini tapmışdı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru