Zelenski Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləyən ölkələrin adını çəkib

16-06-2022, 00:01           
Zelenski Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləyən ölkələrin adını çəkib
Şimali Makedoniya, Albaniya və Monteneqro Ukraynaya Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd statusunun verilməsinə dəstək verən birgə bəyanat qəbul ediblər.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Albaniyanın Baş naziri Edi Rama, Monteneqronun Baş naziri Dritan Abazoviç və Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevskinin videobağlantı vasitəsilə qatıldığı görüşdən sonra keçirilən brifinqdə deyib.

Zelenski vurğulayıb ki, Ukrayna, Şimali Makedoniya, Albaniya və Monteneqro Avropaya inteqrasiya yolunda rəqib deyil, bir-birinin imkanlarını tamamlamalı və gücləndirməlidir.

Qeyd edək ki, Albaniya, Monteneqro və Şimali Makedoniya Aİ-nin üzvü deyil.

İyunun 17-də Avropa Komissiyası Ukraynanın Aİ-yə üzvlük ərizəsi ilə bağlı yekun qərar qəbul edəcək.
UNİAN












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru