“Mən, hazıram” - Zelenski

16-06-2022, 08:32           
“Mən, hazıram” - Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara hazırdır.

Dövlət başçısının mətbuat xidmətinin xəbər verdiyi kimi, bu barədə o, Danimarka KİV nümayəndələri üçün keçirilən onlayn mətbuat konfransının gedişində danışıb.

Onun sözlərinə görə, bu gün Rusiya Federasiyasının Prezidenti həll edir - Rusiya ordusu dayanacaq, ya yox.

«Əgər Rusiya müharibəni qurtarmaq istəsə - çünki onlar mediada belə deyirlər - onlar danışıqlar masası arxasına oturmalıdırlar. Ukrayna barədə danışıq masası Ukraynasız mümkün deyil. Ona görə də bu danışıqlar birbaşa olmalıdır. Vasitəçilərlə danışa bilərik, vasitəçilər olmadan danışa bilərik - məni üçün fərqi yoxdur. Əgər Rusiya Federasiyası müharibəni qurtarmaq istəyisə, deməli, bizim əraziləri tərk edərsə - istənilən anda belə formata mən şəxsən hazıram» - Zelenski deyib.

Prezident əlavə edib ki, bütün imkanlardan istifadə etmək lazımdır ki, müharibəni qurtaraq - nə qədər mürəkkəb olsa da.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.