Separatçıların “səhra komandiri” XAİN ÇIXDI: Paşinyan hökumətinə işləyəcək

16-06-2022, 11:35           
Separatçıların “səhra komandiri” XAİN ÇIXDI:
Qarabağdakı separatçı-terrorçu qüvvələrin keçmiş “komandanı” Samvel Babayan Nikol Paşinyan hökuməti ilə danışıqlara gedib. O, hazırkı Ermənistan hökumətinə qarşı müxalif missiyasını dayandırmaq və “susmaq” qarşılığında vəzifə alacaq.

Teref.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

İddialara görə,separatçıların “səhra komandiri” Samvel Babayanın 44 günlük müharibə ilə bağlı istintaq komissiyasının işində iştirakdan imtina etməsinin səbəbi də hökumətlə danışıqlar aparmasıdır.

“Hraparak”a bu barədə Paşinyan hökumətindəki etibarlı mənbə məlumat ötürüb.

Hətta onun bir vaxtlar Ermənistanın müdafiə nazirliyində yüksək vəzifə tutmaq şərtilə istintaq komissiyası vasitəsilə “müharibədə məğlubiyyətin günahını Nikol Paşinyandan təmizləmək ssenarisi”ndə iştirak etməyə razılıq verdiyi barədə məlumatlar da yazıda yer alıb.

İddialara görə, Samvel Babayan müdafiə nazirinin birinci müavini postuna gətirilə bilər.

Onun Müdafiə Nazirliyinin Baş Qərargah rəisi vəzifəsinə namizədliyini irəli sürdüyü deyilir. İstintaq Komissiyasındakı işindən imtina etməklə Babayanın həmin komissiyanın missiyasını iflic etdiyi də vurğulanır.

Qəzetdə yer alan materialda o da vurğulanır ki, Samvel Babayan haqqında bu faktlar yaxın günlərdə təsdiqini tapacağı təqdirdə, əks düşərgə keçmiş “səhra komandiri”ni xain adlandıracaq və lənətlənmiş elan ediləcək.Publika












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.