“Heç kim başa düşmür ki, niyə Putinlə danışmağa davam edirəm”

17-06-2022, 09:15           
“Heç kim başa düşmür ki, niyə Putinlə danışmağa davam edirəm”
Fransa Prezidenti Emmanuel Makron Rusiyaya səfər etməyə və Vladimir Putinlə görüşməyə hazır olduğunu açıqlayıb.

Teref.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Makronun sözlərinə görə, belə bir səfər yalnız müəyyən ilkin şərtlər daxilində baş tuta bilər. O qeyd edib ki, indiyədək Moskvadan heç bir siqnal daxil olmayıb.

"Heç kim başa düşmür ki, mən niyə Putinlə danışmağa davam edirəm. Mən bunu ona görə etdim ki, Fransanın burada rolunu görürəm. Rusiyaya səfər? Bu, ilkin şərtlər tələb edir, yəni Putinin jestləri. Mən onunla danışmağa davam edəcəyəm. Ukrayna Prezidenti və bunun faydalı olması şərti ilə", - Makron bildirib.

O, qeyd etdiyi ilkin şərtlərin bu günədək yerinə yetirilmədiyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru