ABŞ-ın Ermənistandakı səfiri etirazların təşkilatçısı olan "FSB" generalıyla görüşdü...

17-06-2022, 10:59           
ABŞ-ın Ermənistandakı səfiri etirazların təşkilatçısı olan "FSB" generalıyla görüşdü...
Dünən - iyunun 16-da “Şərəf duyuram” fraksiyasının rəhbəri Artur Vanetsyan ABŞöın Ermənistandakı səfiri ilə görüşüb.

Moderator.az xəbər verir ki, səhər saatlarında "Hraparak" nəşrinin yazdığına görə, görüşə rəsmi səbəb ABŞ Konqresinin nümayəndə heyətinin iyunun 30-dan başlayacaq Ermənistana səfəri olub.

Ermənistan nəşri daha sonra yazır:

"Məsələ ondadır ki, həmin səfər zamanı konqresmenlər də müxalifət qüvvələri ilə görüşmək istəyirlər. Ancaq görüşün əsl səbəbi, bəlkə də, müxalifətin mübarizəsidir. Və ABŞ hakimiyyətinin marağındadır ki, bu mübarizə böyük vüsət almasın və onların "can yoldaşı"nın(Paşinyanın-S.L.)kənardan diktə edilən proqramı həyata keçirməsinə mane olmasın".

"Görüşün təfərrüatları ilə bağlı Artur Vanetsyandan şərh ala bilmədik. Lakin məlumatlı mənbəmiz bildirib ki, səfir danışmaqdan daha çox dinləyib. Və söhbət zamanı Qarabağ təhlükəsizlik məsələləri, Ermənistananın gələcəyi ilə bağlı müxtəlif məsələlər, eləcə də müxalifətin gələcək addımları müzakirə olunub" -erməni qəzeti belə yazır.

Xatırladaq ki, A. Vanetsyan Moskvada "FSB"( Federal Təhlükəsizlik Xidməti- FTX) akademiyasında xüsusi hazırlıq kursu keçib. O, N.Paşinyanın baş nazirliyi dövründə onun təqdimatıyla Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin olunub və 1 il 4 ay sonra yenə də baş nazirin təkidi ilə vəzifəsindən azad olunub. Bundan sonra qatı müxalif mövqedə olan A.Vanetsyan bu ilin aprel ayından "müqavimət hərəkatı"nın əsas təşkilatçılarından biri hesab olunur...

Sultan Laçın












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru