“Rusiya tərəfdən sonsuz danışıq təklifləri dünyanı aldatmaq cəhdidir” - Podolyak

18-06-2022, 08:53           
“Rusiya tərəfdən sonsuz danışıq təklifləri dünyanı aldatmaq cəhdidir” - Podolyak
Ukrayna vaxtında mütləq danışıqlar prosesinə qayıdacaq və güclü danışıq mövqeyindən çıxış edəcək.

Rusiya tərəfin bugünkü nəhayətsiz təklifləri dünyanı aldatmaq cəhdidir.

Bu barədə Teleqram-kanalda Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixal Podolyak yazıb.
Ətraflı

O, qeyd edib ki, Avropa Rusiya neftindən imtina edir, sonra isə aydındır ki, qazı diversifikasiya edir - bu, Rusiya ÜDM-nun yarısı deməkdir. Podolyakın sözlərinə görə, Rusiya iqtisadiyyatı 90-cı illərə qayıdır, təkcə avtohissələr defisit deyil, həm də çay paketləri, bundan başqa, Ukraynadakı müharibədə 32 mindən artıq hərbçi həlak olub. «Və bütün bunlar onun xatirinə edilir ki, müharibənin 4-cü ayında «Kiyevin alınması» və ya Xarkovun alınması əvəzinə, öz tamaşaçılarına izah etsinlər ki, Popasnaya şəhəri harada yerləşir və nə üçün onun alınması böyük qələbədir» - Podolyak qeyd edib.

O, ümid edir ki, Moskvada özlərində güc tapacaqlar ki, işlərin bu vəziyyətini real qiymətləndirsinlər, öz «uğurlarını» məşhur «hər şey plana uyğun gedir» deyimi ilə müqayisə etsinlər, atəşi dayandırsınlar, ordunu çəksinlər və özlərinin təbliğatını zorlamağı dayandırsınlar. «Rusiya tərəfdən bugünkü nəhayətsiz danışıq təklifləri dünyanı aldatmaqdan, dialoqa hazırlıq görüntüsü yaratmaqdan, sonra isə bıçağı kürəyə sancmaqdan başa bir şey deyil. Müvəqqəti işğal olunmuş ərazilərdə müvəqqəti atəşkəs altında oturmaq, dayaq növtələri qurmaq, ehtiyat toplamaq və hücum potensialını bərpa etmək»- Podolyak qeyd edib.

O, əlavə edib ki, Ukrayna mütləq danışıq prosesinə qayıdacaq, amma yalnız normal anda və güclü danışıq mövqeyi ilə və onda Kreml işlərə ayıq başla baxmağa başlayacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.