Makron sınaq qarşısında - Seçkilərin ikinci turu

19-06-2022, 09:48           
Makron sınaq qarşısında -
Bu gün Fransada Milli Assambleyaya seçkilərin ikinci turu keçiriləcək.

Teleqraf.com xəbər verir ki, ekspertlərin və medianın diqqəti hazırkı prezident Emmanuel Makronun koalisiyasının Fransa parlamentinin aşağı palatasında çoxluğu qoruyub saxlaya bilib-bilməyəcəyinə yönəlib.

Bir həftə əvvəl seçkilərin ilk raundda Makronun “Birgə” koalisiyası solçu Jan-Lyuk Mélenchonun rəhbərlik etdiyi Yeni Xalq Ekoloji və Sosial Birliyi (Nupes) ilə demək olar ki, eyni səs toplamışdı.

Qeyd edək ki, 577 yerlik Fransa Milli Assambleyasında əksəriyyət üçün ən azı 289 mandat qazanmaq lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru