Bakı və Tehran Xəzərdə bir sıra yataqların işlənməsi üzrə birgə komissiya YARADACAQLAR

19-06-2022, 12:05           
Bakı və Tehran Xəzərdə bir sıra yataqların işlənməsi üzrə birgə komissiya YARADACAQLAR
İran Xəzərdə bir sıra yataqların işlənməsi üçün Azərbaycanla birgə komissiyanın yaradılması barədə razılığa gəlib.

KONKRET.az xəbər verir ki, bunu İranın neft naziri Cavad Ouci deyib.

“Enerji daşıyıcılarının birgə inkişafı, istehsalı və ixracı hər iki dövlətin maraqlarına cavab verir”, – o əlavə edib.

İyunun 3-də Bakıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İranın neft naziri Cavad Oudji qaz sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.

Onlar həmçinin qeyd ediblər ki, həmin gün keçirilən görüşdə tərəflər Bakı ilə Tehran arasında ticarət-iqtisadi əlaqələrin vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıb, bir sıra sahələrdə, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını və digər məsələlər müzakirə ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru