"The Wall Street Journal": "Bahalaşma Aİ-də siyasi böhran yaradacaq"
20-06-2022, 00:12

Avropa İttifaqı ölkələrində enerji qiymətlərinin artması yerli seçkilərin nəticələrinə təsir edə bilər. Hətta bu siyasi böhrana səbəb olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır .
Yazıda qeyd olunur ki, iyunun 19-da Fransada parlament seçkilərinin ikinci turu başlayıb və bu turda Milli Assambleyanın 577 deputatı beş il müddətinə seçiləcək. Hazırda hakimiyyətdə olan prezident Emmanuel Makronun partiyasının əsas rəqibləri onu inflyasiyaya görə tənqid ediblər.
Fransa lideri qaz və elektrik enerjisi qiymətlərini, eləcə də benzinə endirimləri saxlamaq üçün büdcədən 28 milyard dollar ayırıb. Siyasi rəqiblərindən biri olan solçu Fransa İtaətsizlər Partiyasının lideri Jan-Lyuk Mélenchon daha da irəli gedəcəyini və geniş çeşidli zəruri mallar üçün artan qiymətlərlə mübarizə aparacağını vəd edib.
Eyni zamanda, Makron etirazlardan çəkinsə də, rəsmilər onun bazar proseslərinə uzunmüddətli müdaxilədən ehtiyatlandığını bildirirlər.
“The Wall Street Journal” həmçinin qeyd edib ki, Aİ-nin digər üzvlərinin iqtisadiyyatlarında da seçkilər keçirilməlidir. Məsələn, İtaliyada gələn il ümumi seçkilər keçiriləcək, Almaniyada isə Aşağı Saksoniya qanunverici orqanının üzvləri payızda seçiləcək.
Almaniyanın “Die Welt” qəzeti daha əvvəl yazmışdı ki, Ukraynadakı vəziyyətə görə Aİ ölkələrinin dəydiyi iqtisadi ziyan getdikcə daha da artır və kompensasiya etmək çətinləşir.
Məqalədə iqtisadi artımın kəskin şəkildə yavaşladığı, inflyasiyanın rekord həddə çatdığı qeyd edilib.