Münhen konfransının rəhbəri Medvedevi təlxək adlandırdı

20-06-2022, 10:24           
Münhen konfransının rəhbəri Medvedevi təlxək adlandırdı
Münhen Təhlükəsizlik Konfransının rəhbəri Kristof Hoysgen Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevi təlxək adlandırıb.

“Medvedev bu gün təlxəkdir. Bağışlayın, mən bunu demək məcburiyyətindəyəm”, - deyə diplomat Beynəlxalq Dəniz Dövlətləri Simpoziumunda çıxışı zamanı bildirib.

Qeyd edək ki, Rusiyanın Ukraynada hərbi əməliyyatı başlayandan bəri Medvedev xarici siyasətlə bağlı dəfələrlə sərt, bəzən hətta qeyri-adekvat açıqlamalar verib.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru