Niderland və Almaniya Ukraynaya haubitsalar göndərəcək

20-06-2022, 09:28           
Niderland və Almaniya Ukraynaya haubitsalar göndərəcək
Niderland Almaniya ilə birlikdə Ukraynaya ağır haubitsalar tədarük edəcək.

Publika.az "De Telegraaf"a istinadən xəbər verir ki, Niderlandın Baş naziri Mark Rutte hökumətin həftəlik iclasından sonra deyib.

"Biz mümkün olan hər şeyi edirik ki, Ukrayna qalib gəlsin", - Rutte bildirib.

Onun sözlərinə görə, NATO Rusiya ilə birbaşa münaqişəyə girmir, əksinə, maliyyə və hərbi dəstək, eləcə də ağır silah sistemlərinin tədarükü baxımından əlindən gələni edir.

"Ağır sistemlər çox deyil. Bunu ona görə edirik ki, bu, bizim müharibəmizdir. Əgər Putinə Ukraynanı işğal etməyə icazə versək, bundan sonra nə olacaq? Əslində, bu, bizim təhlükəsizliyimiz üçün birbaşa təhdiddir", - Rutte əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru