Putin nə deyəcək?-Rusiya qazına alternativ tapıldı
21-06-2022, 00:07

Almaniyanın iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habek ölkəsinin elektrik enerjisi istehsalında Rusiya qazı əvəzinə kömürdən istifadə edəcəyini açıqlayıb.
Cebhe.info xəbər verir ki, nazir Robert Habeck bəyan edib ki, ölkəsi gələn qış üçün təbii qaz anbarlarını doldurmağa kömək etmək məqsədilə qaz istehlakını azaltmalı və elektrik enerjisi istehsalı üçün daha çox kömür zavodundan istifadə etməlidir. Rusiyanın Avropaya təbii qaz nəqlinin “Şimal axını”nda həcminin azalmaqda davam etdiyini deyən Habeck açıqlamasında Almaniyanın qaz anbarlarının doldurulmasına kömək etmək üçün əlavə qaza qənaət tədbirlərinin görüldüyünü bildirib. Habeck Rusiyanın təbii qazı azaltmağa davam edəcəyi ilə bağlı narahatlıqlarla əlaqədar ölkəsinin elektrik enerjisi istehsalı üçün qaz istifadəsini məhdudlaşdırmalı və Rusiyadan tədarükün azalmasını kompensasiya etmək məqsədilə təbii qaz anbarlarına üstünlük verməli olduğunu söyləyib.
Almaniya Yaşıllar Partiyasının keçmiş həmsədri Habeck vurğulayb ki, ölkəsinin kömürlə işləyən elektrik enerjisi istehsalından çıxmaq planlarına baxmayaraq və onun partiyasının prinsiplərinə zidd olaraq, ölkə elektrik enerjisi istehsalı üçün kömürdən istifadəni artırmalı olacaq:
“Biz qanunla tələb əsasında alternativ qaz ehtiyatı yaradırıq. Bu, düzünü desək, keçid dövrü üçün daha çox kömürlə işləyən elektrik stansiyaları deməkdir".
Son günlər qaz bazarında vəziyyətin pisləşdiyini və qaz anbarlarının baha qiymətə də olsa doldurulduğunu vuğulayan Habeck "Hazırda qazın tədarükü zəmanət altındadır, lakin vəziyyət ciddidir. Ona görə də qaz istehlakını azaltmaq üçün tədbirlərin gücləndirilməsinə və əlavə tədbirlər görməyə çalışırıq. Bu, o deməkdir ki, qaz istehlakını daha da azaltmaq və anbarlara daha çox qaz verilməlidir. Əks halda qış sərt keçəcək".
Haberck Avropada təbii qaz qiymətlərindəki artımın Rusiya Prezidenti Vladimir Putinin onları narahat etmək, parçalamaq, qiymətləri artırmaq strategiyası olduğunu deyib: “Biz buna icazə verməyəcəyik. Biz qətiyyətlə, tam və diqqətlə cavab veririk". Almaniya İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin bəyanatına görə, Almaniya hökuməti elektrik enerjisi istehsalı üçün kömürdən istifadəni artırmağı, həmçinin məişət istehlakını məhdudlaşdırmağı və sınayedə daha az təbii qazdan istifadəni təşviq edəcək mexanizm tətbiq etməyi planlaşdırır. Almaniya hökuməti qışda təbii qaz qıtlığının qarşısını almaq üçün Almaniyanın İnkişaf Bankından (KfW) ölkədə təbii qaz bazarı sahəsinin meneceri olan Trading Hub Europe üçün əlavə 15 milyard avro kredit xətti açmağı hədəfləyir. Digər tərəfdən, Almaniyada təbii qaz anbarlarının doluluq nisbəti hazırda 57 faizdir ki, hökumət 2022-ci ilin noyabrına qədər bu nisbəti 90 faizə çatdırmağı hədəfləyir. Almaniyanın sənayeninn çalışması və evləri qızdırmaq üçün digər Avropa ölkələrindən daha çox Rusiya nefti və təbii qazından asılı olduğu görülsə də, ölkə Rusiya-Ukrayna müharibəsindən əvvəl ehtiyac duyduğu təbii qazın 55 faizini Rusiyadan qarşılayırdı.
Bu yaxınlarda bunu 35 faizə endirib. Almaniyada yaşayış evlərinin təxminən yarısı təbii qazla qızdırılır və bu qazdan ağır sənayedə elektrik enerjisi istehsal olunur. Rusiyadan enerji asılılığını azaltmaq üçün var gücü ilə çalışan Almaniya hökuməti bəyan edir ki, Rusiya qazından tam müstəqil olmaq üçün vaxt lazımdır. Hökumət Qərbin Moskvaya qarşı sanksiyalarını dəstəkləsə də, Rusiyadan qaz nəqlinin dərhal dayandırılmasının əleyhinədir.
Nigar