"Rusiya-NATO toqquşması Suvalski dəhlizində başlaya bilər" - “Politico”

21-06-2022, 10:29           
"Rusiya-NATO toqquşması Suvalski dəhlizində başlaya bilər" - “Politico”
"Suvalski dəhlizi" hipotetik olaraq ən təhlükəli ərazi sayılır. Şimali Atlantika Alyansına qarşı müharibə olacağı təqdirdə məhz o, Rusiya hakimiyyətinin ilk hədəfinə çevrilə bilər. DİA.AZ AzVision.az-a istinadla xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, Litvanın cənub-şərq sərhədində yerləşən Druskininkay şəhəri "Suvalski dəhlizi" kimi tanınan dar bir strateji əraziyə baxır. Qərb hərbi planlaşdırıcıları isə xəbərdarlıq edirlər ki, Rusiya prezidenti nə vaxtsa, Ukrayna müharibəsindən NATO ilə birbaşa toqquşmaya keçmək qərarına gəlsə, bu ərazi ilk hədəflərdən biri olacaq.

Müəllif Moskvanın Kalininqrada quru dəhlizi yaratmağa cəhd edə biləcəyini və bunun nüvə silahından istifadə etməklə dövlətlərin genişmiqyaslı müharibəsinə təkan olacağını ehtimal edirlər.

Qeyd edək ki, Polşa ilə Litva ərazisində olan və uzunluğu təxminən 100 km-ə çatan bu quru sərhəd bölgəsinə "Suvalski dəhlizi" adını 2015-ci ildə Estoniyanın keçmiş prezidenti Toomas Hendrik İlves verib. Onun fikrincə, bu ərazi ona görə çox təhlükəlidir ki, Rusiya tərəfindən ələ keçiriləcəyi təqdirdə Baltikyanı ölkələrlə əlaqə kəsiləcək, Qərb asan şəkildə bölgəyə nəzarəti itirə bilər.

Bəzi Qərb təhlilçiləri də son vaxtlar tez-tez yazırlar ki, bu dəhliz Litva, Latviya və Estoniyanı Aİ və NATO-nun qalan ölkələri ilə birləşdirən və Rusiya Federasiyasının Kalininqrad vilayətini Belarusdan ayıran yeganə quru sahə sayılır. Bu dəhlizin tutulması halında isə Rusiya Federasiyası faktiki olaraq NATO müttəfiqlərinin Baltikyanı ölkələrə yolunu bağlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru