Partiyalar Elçibəyin məzarını birgə ziyarət edəcək? - AÇIQLAMA

23-06-2022, 17:03           
Partiyalar Elçibəyin məzarını birgə ziyarət edəcək? - AÇIQLAMA
Sabah - 24 iyunda Azərbaycan sabiq prezidenti Əbülfəz Elçibəyin 84-cü doğum günüdür.

Milli Hərəkatçılar Birliyi (MHB) bir müddət əvvəl ölkədə olan siyasi partiyalara, vətəndaş cəmiyyəti nümayəndələrinə müraciət edərək 24 iyunda Əbülfəz Eliçibəyin məzarını birgə ziyarətə çağırıb. Teref.az-ın məlumatına görə, bu çağırışa hansı partiyaların müsbət cavab verməsi ilə bağlı Cebhe.info-ya danışan Milli Hərəkatçılar Birliyinin İdarə Heyətin üzvü Qorxmaz İbrahimli deyib ki, heç bir partiyaya fərdi müraciət etməyiblər:

“Düşündük ki, siz mətbuatın da dəstəyi ilə bu məsələni çox yüksək səviyyədə təşkil edəcəyik. Artıq bunu da etmişik. Partiya sədrləri arasında seçim etməmişik. Azərbaycan siyasi spektrində olan bütün partiyalara və ictimai təşkilatlara müraciət ünvanlamışıq. Bunu iqtidar-müxalifət ayrımı etmədən etmişik. Ona görə də müsbət cavab verən bir xeyli partiya var.

Q.İbrahimli mərasimə gələcək partiya rəhbərlərinin fərdi qaydada adlarını demək istəmədiyini bildirdi:

“Məsələn, dünən İsa Qəmbərin çıxışını dinlədim, onlar da gələcəklər. Sadəcə ağsaqqallıq, siyasi təcrübə baxımından bir az uyumsuz dedi. İsa bəy ağsaqqaldır, onlar da iştirak edəcəklər. Amma bir-bir partiya sədrlərinin adını çəkə bilmərəm. Məsələn, Qüdrət Həsnquliyev gələcək, gəlməyəcək bilmirəm. İnanırıq ki, bizim də partiyamızın sədri, üzvləri təmsil olunacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru