Ermənistanın revanşist "Müqavimət" hərəkatı üzvləri Azərbaycan rayonlarını gəzdi... - BU NƏDİ BELƏ?

23-06-2022, 18:25           
Ermənistanın revanşist "Müqavimət" hərəkatı üzvləri Azərbaycan rayonlarını gəzdi...
İyunun 21-23-də Ermənistan "Müqavimət" hərəkatının nümayəndələri Rusiya "sülhməramlı" kontingentinin dəstəyi ilə Azərbaycanın Laçın dəhlizi boyu dövlət sərhədini pozaraq üç günlük səfərlə Qarabağda olublar.
Teref.az moderator.az-a istinadla xəbər verir ki, bu haqda Ermənistanın News.am nəşri məlumat yayıb.

Azərbaycan və Türkiyəyə qarşı revanşist və irqçi şüarlarıyla seçilən erməni hərəkatının üzvləri Qarabağdakı erməni "siyasi" qüvvələrinin, separatçı qurumun qanunsuz "qanuverici" orqanının bütün fraksiyalarının və s. nümayəndələri və qondarma "DQR"-in keçmiş prezidentləri ilə görüşüblər.

“Hayastan” blokundan verilən məlumata görə, parlamentin müxalifətdən olan vitse-spikeri, "Daşnaksütyun" partiyası ali orqanının nümayəndəsi İşxan Saqatelyan, “Şərəf duyuram” blokundan deputat Tiqran Abramyan və digərləri Qarabağdakı separatçı-terrorçu rejimin "deputat"ları ilə birlikdə Əsgəranda, Tərtər rayonunun Ağdərə şəhərində və Xocavənd rayonu ərazilərində olub, burada sakinlər, "yerli icma rəhbərləri" ilə görüşüblər...













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru