Ukrayna və Moldova prezidentləri Avropa İttifaqının qərarını tarixi adlandırıblar - Gürcüstan Prezidenti isə...

24-06-2022, 08:25           
Ukrayna və Moldova prezidentləri Avropa İttifaqının qərarını tarixi adlandırıblar - Gürcüstan Prezidenti isə...
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı liderlərinin Ukraynaya namizəd statusu verilməsi qərarını alqışlayıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna lideri tviterdə yazıb.

“Mən Aİ liderlərinin Ukraynaya namizəd statusu verilməsi qərarını səmimiyyətlə alqışlayıram. Bu, Ukrayna ilə Aİ arasında münasibətlərdə unikal və tarixi məqamdır”, - deyə Ukrayna Prezidenti qeyd edib.

Moldova Prezidenti Maya Sandu da Avropa Şurasının ölkəyə Avropa İttifaqına üzvlüyünə namizəd ölkə statusu verilməsi barədə qərarını tarixi hadisə adlandırıb.
Ətraflı

Gürcüstan Avropa Şurası tərəfindən onun Avropa perspektivini tanıdıqdan sonra Avropa İttifaqına namizəd üzv statusu almaq üçün növbəti aylarda işləməyə hazırdır.

“Report” xəbər verir ki, bunu Gürcüstanın dövlət başçısı Salome Zurabişvili tviterdə yazıb.

“Tarixi gün. Gürcüstanın Avropa perspektivi tanınıb. İndi biz namizəd statusunu əldə etmək üçün növbəti aylarda əzmlə işləməyə hazırıq”, - deyə Gürcüstan Prezidenti qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru