G7 ölkələrindən Ukrayna ilə bağlı bəyanat...

27-06-2022, 00:08           
G7 ölkələrindən Ukrayna ilə bağlı bəyanat...
Almaniyada Böyük Yeddilik (G7) ölkələrinin sammiti öz işinə başlayıb.

Axar.az xəbər verir ki, sammitin ilk günündə üç işçi sessiya keçiriləcək, onlardan biri xarici və təhlükəsizlik siyasəti məsələləri, o cümlədən Ukraynadakı vəziyyət fonunda antirusiya sanksiyaları və Moskvaya təzyiqlərin artırılması müzakirə olunacaq. Bundan əlavə, gündəliyə iqlim dəyişikliyi, makroiqtisadi vəziyyət, inflyasiya ilə mübarizə və investisiya əməkdaşlığı daxildir.

Görüş antiqlobalistlərin və G7 əleyhdarlarının nümayişləri fonunda keçirilir. Ümumilikdə, sammit günlərində şəhərin ətrafında azı 17 nümayişin keçirilməsi planlaşdırılır.

***

G7 liderləri Ukraynaya Rusiyanın işğalına qarşı müdafiəsində sonsuz dəstək verəcəklərini vəd edirlər.

Bu barədə “Blumberq” bəyanat layihəsinə istinadən məlumat yayıb.

“Lazımi qədər Ukraynaya maliyyə, humanitar, hərbi və diplomatik dəstək verməyə və dəstəkləməyə davam edəcəyik”, - deyə ölkə liderləri vəd edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru