"İndi gecikmək bizim üçün məhv olmaq anlamına gəlir" - TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏYİK!!!

27-06-2022, 15:12           
"İndi gecikmək bizim üçün məhv olmaq anlamına gəlir" -
“G7 ölkələrinin sammiti başlanan gün Rusiyanın Ukrayna paytaxtını raket atəşinə tutması dünyanın aparıcı ölkələrinə mesajdır”. DİA.AZ Sfera.az-a istinadla bildirir ki, bunu "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib. O bildirib ki, həmin raketlərin Xəzər dənizindən atılması isə başqa bir mesajdır və Rusiya Xəzərdə söz sahibi olduğunu demək istəyir:

“Onun bu mesajına dəstək isə təbii ki, müttəfiqi Tehrandan gəlib. Rusiyanın raket hücumunun İran prezidenti Raisinin "Xəzərdə yalnız xəzəryanı ölkələrin silahlı qüvvələri yerləşdirilə bilər" bəyanatı ilə üst-üstə düşməsi heç də təsadüf kimi qəbul edilməməlidir. Türkiyənin Cənubi Qafqazda fəallaşması həm Moskvanı, həm də Tehranı eyni dərəcədə narahat edir, Azərbaycan üçün isə Türkiyə strateji müttəfiqdir. Odur ki, iki ölkə arasında hərbi əməkdaşlıq elə Xəzər dənizində təhlükəsizliyin təmin olunması istiqamətində də davam etdirilməlidir”.
Politoloq əlavə edib ki, Azərbaycan öz donanmasının modernləşdirilməsi istiqamətində əməkdaşlığı təkcə Türkiyə ilə deyil, diğər müttəfiq ölkələrlə də genişləndirməlidir:

“Bunu bizim milli təhlükəsizlik maraqlarımız tələb edir. Amma bunun üçün ilk növbədə ölkənin silahlı qüvvələri Rusiya 5-ci kolonundan təmizlənməlidir, əks halda Moskvanın casus şəbəkəsi bütün mümkün əməkdaşlığı sabotaj edəcək. Bütün bu addımlar da təcili atılmalıdır, çünki istər Xəzər hövzəsi ətrafında, istərsə də Yaxın Şərq bölgəsində baş verənlər zamanın bizim əleyhimizə işlədiyini göstərir. İndi gecikmək bizim üçün məhv olmaq anlamına gəlir”.

Qeyd edək ki, ötən gün Almaniyada "Böyük Yeddilik" (G7) ölkələrinin sammiti öz işinə başlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.