Paşinyan: Bakı bu sənədi imzalamaqdan imtina etdi

28-06-2022, 09:04           
Paşinyan: Bakı bu sənədi imzalamaqdan imtina etdi
Azərbaycanın ritorikası problemli olaraq qalır. Ermənistanın bütün konstruktiv mövqeyinə Bakı aqressiv bəyanatla cavab verir.

Axar.az xəbər verir ki, belə bir bəyanatı bu gün mətbuat konfransında Ermənistan Baş naziri Nikol Paşinyan rəsmi Bakının sülh danışıqları ilə bağlı çağırışını İrəvanın cavablandırmaması ittihamına cavab olaraq səsləndirib.

Paşinyan bildirib ki, üçtərəfli bəyanat Azərbaycan və Ermənistanın üzərinə kommunikasiyaların açılması barədə hüquqi öhdəlik qoyur. Ermənistan öz tərəfindən bəyan edib ki, kommunikasiyaların açılmasında maraqlıdır:

“Mən Brüsseldə, o cümlədən Ermənistan hökumətinin iclasında dəmir yolunun tikintisinə hazır olduğumu bildirdim, ancaq Bakı bundan imtina etdi. Razılaşmaların kağız üzərində təsdiqlənməsi məsələsi var idi. Ermənistan tərəfi imzaya hazır olduğunu dedi, Azərbaycan isə imtina etdi”.

Paşinyan bildirib ki, Bakı Naxçıvana gedən yolun Laçın dəhlizi ilə eyni statusda olmasını tələb edir, bu isə qəbuledilməzdir.

Qeyd edək ki, Naxçıvana gedən yolun Laçın yolu ilə eyni statusda olduğu 10 noyabr 2020-ci il bəyanatında açıq və aydın şəkildə əksini tapıb. N.Paşinyan bu bəndi də icra etməkdən yayınır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru