Ermənistan açıq şəkildə bəyan edir: “Biz Qarabağa müqaviləli hərbçiləri göndəririk” – VİDEO

29-06-2022, 08:53           
Ermənistan açıq şəkildə bəyan edir:
44 günlük müharibədəki məğlubiyyət, kapitulyasiya şoku və aparılan danışıqlar prosesinə baxmayaraq, Ermənistan rəhbərliyi aqressiv siyasət yürütməyə və yeni müharibəyə aparan təxribatlar törətməyə davam edir.

Bu barədə "Caliber”in "YouTube” kanalınada yayımlanan yeni süjetdə bildirilir.

"Bu gün Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının şəxsi heyətlə iş üzrə idarəsinin rəis müavini polkovnik Saak Saakyan jurnalistlərlə söhbətində bəyan edib ki, Ermənistanın hərbi siyasi rəhbərliyi Qarabağda müqaviləli hərbçilərin xidmət aparacaqları barədə qərar qəbul edib”, - deyə videomaterialda qeyd olunur.

Süjet müəlliflərinin sözlərinə görə, belə bəyanatlar Ermənistan rəhbərliyinin sonuncu müharibənin nəticələrindən dərs çıxarmadığını göstərir.

Daha ətraflı "Caliber”in videomaterialında:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru