Putin: “Rusiyanın baş naziri və Dövlət Duması sədrinin Azərbaycana səfəri hazırlanır”

30-06-2022, 08:09           
Putin: “Rusiyanın baş naziri və Dövlət Duması sədrinin Azərbaycana səfəri hazırlanır”
Rusiya prezidenti Vladimir Putin ölkənin baş naziri Mixail Mişustinin və Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Azərbaycana səfər edəcəklərini açıqlayıb.

O, bu barədə Aşqabadda Xəzər sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı məlumat verib.

Putin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu yaxınlarda Bakıya səfər etdiyini xatırladıb.

“Vaxtınızı ayırıb onu qəbul etdiyiniz üçün təşəkkür edirəm. Baş nazirimizin və Dövlət Dumasının sədrinin səfəri hazırlanır”, - deyə Rusiya prezidenti bildirib.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru