Rusiya vətəndaşlıq paylayır: “qəbul şöbəsi” açdı

30-06-2022, 12:18           
Rusiya vətəndaşlıq paylayır:
Enerqodarda Rusiya vətəndaşlığını almaq üçün sənədlərin qəbulu məntəqəsi açılıb.

Axar.az xəbər verir ki, bu barədə Enerqodar şəhərinin meri Dmitri Orlov deyib.

O bildirib ki, Enerqodarda ruslar təqaüdçülərə 10 min rubl məbləğində birdəfəlik maddi yardımın verilməsini dayandırıblar.

“Ya pul tükənib, ya da saxta referendum və ya buna bənzər bir yolla növbəti manipulyasiyalar üçün yaşlılardan yetəri qədər pasport məlumatları toplayırlar. Digər tərəfdən, ruslar Enerqodarda Rusiya vətəndaşlığını almaq üçün sənədlərin qəbulu ofisinin açıb. Bir kağız parçası üçün geniş reklam kampaniyası aparmağa başlayıblar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru