Xameneyinin şərəfinə mahnı oxudan müəllimdən SƏRSƏM MÖVQE - Bu təfəkkürlə millətin balasına ELM ÖYRƏDİR?

30-06-2022, 16:59           
Xameneyinin şərəfinə mahnı oxudan müəllimdən SƏRSƏM MÖVQE -
Xəbər verdiyimiz kimi, Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə şagirdlərə İranın ali dini lideri Xameneyə həsr olunan mahnı oxudulması böyük ajotaja səbəb oldu.

Məktəbin riyaziyyat müəllimi Nailə Babayevanın dərsdən sonra 4 uşağa dini mahnı oxudaraq onları videolentə alması insanlarda sərt təpki yaradıb. Onlar Nailə Babayevanın işdən tamamilə uzaqlaşdırılmasını tələb edib, şagirdlərə belə müəllimin dərs deməsinə etiraz olunub. Bunun ardından Nailə Babayevanın sosial şəbəkə hesabındakı paylaşımlara cavab yazaraq gündəmi daha da qızışdırması diqqət çəkib.

Belə ki, müəllimin sözügedən mahnı ilə bağlı sosial şəbəkələrdə iradlara cavab yazması daha da kəskin reaksiya ilə qarşılanıb. Müəllim hətta izahat verməsini belə artıq hərəkət sayıb, Azərbaycanla İranın daim yaxın xalq olduqlarını göstərməyə çalışıb:

"Nə izahat verilməlidir ki?! Azərbaycan xalqı daim İrana bağlı olub. Hətta sovet dövründən. İndi elə reaksiya göstərirsiniz ki, elə bil müsəlman uşaqlar "Şalom" İsrail mahnısını oxuyublar".

Nailə Babayeva həmçinin uşaqlara oxuduğu mahnının son zamanlar yayılan gözəl mahnı olduğunu da vurğulayıb: "Bütün dünya oxuyur. Biz niyə oxumayaq ki?!"

Qeyd edək ki, sözügedən məktəbdə təlim-tərbiyə prosesini, idarəetməni düzgün təşkil etmədiyinə görə təhsil müəssisəsinin direktoruna töhmət verilib. Həmçinin dədris proqramına və fənninə aid olmayan materialları təbliğ etdiyinə görə müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.