Putinin hədəsi təsir etdi? - Finlandiya geri çəkildi

1-07-2022, 08:12           
Putinin hədəsi təsir etdi? - Finlandiya geri çəkildi
Hazırda Finlandiyada NATO qüvvələrinin yerləşdirilməsinə ehtiyac yoxdur.

Axar.az xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto deyib.

“Hazırda öz ərazimizdə NATO qüvvələrini yerləşdirməyə ehtiyac yoxdur. Şimali Atlantika Alyansının kollektiv təhlükəsizliyin təmin edilməsi planlarını dəstəkləyirik. Finlandiyanın Rusiya ilə ümumi sərhədi var və indi ora təhlükəsizdir”, - deyə nazir bildirib.

Bununla belə, Haavisto əlavə edib ki, Finlandiya tərəfi istənilən fövqəladə vəziyyətə hazır olmaq istəyir.

Qeyd edək ki, Rusiya lideri Putin NATO hərbi infrastrukturunun İsveç və Finlandiyada yerləşdirilməsi halında buna adekvat cavab verməyə məcbur olacağı haqda xəbərdarlıq etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru