İran Azərbaycanla sərhədini bağladı: 2 aylıq...

1-07-2022, 10:50           
İran Azərbaycanla sərhədini bağladı: 2 aylıq...
İyulun 1-dən etibarən İran Azərbaycanla quru sərhədlərini iki ay müddətinə bağlamaq qərarı verib.

Teref.az cebhe.info-ya istinadla xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. İyulun 1-dən nə İran vətəndaşları Azərbaycana, nə də Azərbaycan vətəndaşları İrana səfər edə biləcəklər. Naxçıvan istiqamətində də sərhədlər bağlı olacaq.

İranın quru sərhədlərini bağlamasının konkret səbəbi bilinmir.

Xatırlaq ki, Azərbaycan pandemiya səbəbindən quru sərhədərini açmayıb. İran isə xeyli müddətdir ki, qonşu ölkələrlə quru səhədini açıb. Azərbaycan vətəndaşları xüsusi icazə ilə quru sərhədini keçərək İrana səfər edə bilirdi. Bundan başqa, Bakıdan Naxçıvana gedən avtbuslar da İrandan keçməklə hərəkət edirdi.

Bir neçə gün əvvəl yayılan məlumata görə, Azərbaycan quru sərhədini keçmək üçün tələb olunan xüsusi icazələr ləğv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru