“Qarabağdakı ermənilər ya getməli, ya da Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər” – Qaregin Çuqaszyan

1-07-2022, 16:31           
“Qarabağdakı ermənilər ya getməli, ya da Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər” – Qaregin Çuqaszyan
“Laçının Azərbaycanın nəzarətinə keçməsi strateji əhəmiyyət kəsb edir. Bizə yeni yol deyirlər, amma Ermənistanı Qarabağla birləşdirən həmin infrastruktur haqqında ətraflı heç nə demirlər. Qaz yeni yoldan veriləcəyi üçün Qarabağdakı ermənilər onu Azərbaycan manatı ilə alacaqlar”.

Bunu Ermənistanın “Təsis parlamenti” təşəbbüsünün sədri, müxalif “Sasna Çrer” partiyasının üzvü Qaregin Çuqaszyan deyib.

O, qeyd edib ki, bu yolla Qarabağdakı erməni əhalisi seçim qarşısında qalır: ya getmək, ya da Azərbaycan vətəndaşlığını qəbul etmək.

“Bütün bunlar bizim gözümüzün qabağında baş verir. Biz indi Laçında, Zabuxda baş verənləri başa düşməli və hər şey haqda xəbərdar olmalıyıq”, – deyə müxalifət lideri bildirib./konkret.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru