"Bu raketin üstündə yazıldığı kimi həm də Xocalıya görə."- Odessadan Anar Natiqoğlu yazır

3-07-2022, 00:03           
"Bu raketin üstündə yazıldığı kimi həm də Xocalıya görə."-
Teref.az: Heç tarixə, 100, 200, 300 ilə geri dönməyək. Rusiya imperiyasının qonşuluğunda yaşayan xalqlar üçün təhlükə olmasını 30 il öncə biz öz dərimizdə yaşadıq. Qarabağ torpaqlarının işğalı, törədilən qətliamlar və Xocalı. Rusiya ordusuna məxsus 366-cı motoatıcı alayın 26 fevral 1992 gecəsi erməni əlaltıları ilə xalqımıza qarşı törətdiyi genosid. Bütöv bir şəhərin əhalisinin vəhşicəsinə qətli, qadınların, qızların zorlanması, mülki insanların diri-diri yandırılması, basdırılması halları, əsir düşənlərin üzərində ağlasığmayan işgəncələr. Bu gün Ukraynada yaşayan, bu ölkənin vətəndaşı olan yüzlərlə soydaşımız yenidən imperiyaya qarşı savaşda iştirak edir. Məcburi xidmət keçənlər və könüllülər. Niyə? Çünki onlar bilirlər ki, bu gün gözəl Ukrayna torpaqlarında bütün keçmiş imperiyaya tabe etdirilmiş xalqların və dövlətlərin taleyi həll olunur. Bu raketin üstündə yazıldığı kimi həm də Xocalıya görə. Slava Ukraine!!!
Anar Natiqoğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru