“Bu, Rusiya ilə münaqişə olacaq” - NATO-nun sabiq Baş katibi

4-07-2022, 00:03           
“Bu, Rusiya ilə münaqişə olacaq” -
NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussen Alyansla Rusiya arasında birbaşa silahlı münaqişə riski barədə danışıb. O, “RBK-Ukrayna”-ya müsahibəsində bildirib ki, bu,Rusiya Federasyası Litvaya hücum etdiyi zaman baş verə bilər.

Sabiq Baş katib qeyd edib ki, belə ssenarinin qeyri-mümkünlüyünü təsdiqləmək istəyərdi. Amma Litvaya münasibətdə Rusiyanın təhdidləri (Kalininqrada trazitlə bağlı) göz qabağındadır.

“Mən bəyan etməliyəm ki, əgər Rusiya Litva sahillərinə toxunsa, bu, 5-ci maddənin tətbiqinə şərait yaradacaq və NATO-nun qəti hərbi cavabını doğuracaq. Bu, Rusiya ilə münaqişə olacaq”– deyə, Rasmussen qeyd edib.

Məlum olduğu kimi, NATO Niamnaməsinin 5-ci maddəsi Alyans üzvlərindən birinə hücum olacağı təqdirdə kollektiv müdafiəni nəzərdə tutur.

Xatırladırıq ki, bundan əvvəl Rasmussen etiraf edib ki, NATO Rusiyanın potensialı barədə qiymətləndirmələrdə səhv buraxıb. Həm də Ukraynaya və Gürcüstana 2008-ci ildə namizədlik üzrə Fəaliyyət Planı təqdim etməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.