Özbəkistan məsələsinin açarı ......

4-07-2022, 08:14           
Özbəkistan məsələsinin açarı ......
Bəziləri o qədər dayazdırlar ki, dünyanın istənilən yerində mitinq görəndə səbəbləri araşdırmadan həmən cuşa gəlirlər, çünki həyatda başqa heç nə bacarmırlar, mitinq, sərbəst toplaşmaq kimi təməl vətəndaş haqqlarını gözdən salırlar, əllərində çəkicdən başqa heç nə olmayanlar ətrafda hər şeyi mismar kimi görürlər.
Teref.az yazır ki, bunu politoloq Natiq Cəfərli deyir:
Özbəkistan məsələsinin açarı 16 may 2022-ci ildə, cəmi 1,5 ay öncə Putinin rəsmi şəkildə Özbəkistanı "KTMT"-yə dəvət etməsində, əvəzində isə Özbəkistanın Türkiyə və Azərbaycanla yaxınlaşmağı seçməsindədir. Putinin məhz o çağırışından sonra keçən ay Özbəkistan Türkiyə ilə hərbi əməkdaşlıq sazişi imzaladı, bir neçə gün öncə isə Əliyev ora səfər etdi, əməkdaşlığın genişlənməsi razılaşdırıldı - bunları Putin həzm edə bilməzdi.
Qarakalpak bölgəsi Özbəkistanın 40% (!!!) ərazisində yerləşir, cəmi 1,8 mln. əhalisi var, ölkənin yerdə qalan 60% ərazisində isə 35 mln.-a yaxın insan yaşayır. Yeni Konstitutsiya dəyişikliyində Qarakalpaq Respublikasının referendum yolu ilə müstəqil olması və başqa dövlətə birləşməsi (bu çox vacibdir) maddəsi çıxarılmaq istənildi, həmən bölgə qaynadı, mitinqlər başladı - çünki köhnə maddələr Rusiyaya Özbəkistana DAİM təzyiq etməyə imkan verir, ona görə də yeni redaksiyada, yeni Konstitutsiyaya qarşıdır. Amma məntiqlə, bu haqq Qarakalpakdan alınmalıdlr, bu Özbəkistan üçün vacibdir.
Vəssalam, məsələ budur, bəziləri isə yenə mitinq görüb mənasız yazılar yazırlar, ya da elə bilərək/bilməyərək Rusiyanın əlinə oynayırlar, hələ bir deyirlər ki, Qarakalpaklar GÖZLƏNİLMƏDƏN etiraza qalxdılar...
Natiq Cəfərli












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.