“Dünya Putinin şəxsi komplekslərindən yorulub” - Podolyak

4-07-2022, 08:47           
“Dünya Putinin şəxsi komplekslərindən yorulub” - Podolyak
Rusiyanın Ukraynaya tammiqyaslı hərbi təcavüzünün beşinci ayında dünya təcavüzkar ölkə Prezidentinin qaz şantajından və kompleksindən yorulmağa başlayıb.

Bu barədə Ukrayna Prezident Ofisi başçısının müşaviri Mixail Podolyak Tvitterdə bəyan edib. Onun sözlərinə görə, sivil cəmiyyətlər Rusiya Federasiyası Prezidenti Vladimir Putinin davranışından yorulmağa başlayıb.

«Dünya Ukraynanı dəstəkləməkdən yorulmayıb. Dünya Rusiyanın qaz şantajından, süni böhranlardan, inflyasiyadan, siyasi qətllərdən, kimyəvi silahdan, terrordan və daimi həyasız yalanlardan yorulub. O, Putinin şəxsi komplekslərindən yorulub» - Podolyak qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru