Türkiyədə rus gəmisi saxlanılıb? - Peskovdan cavab
4-07-2022, 16:06

"Türkiyədə Rusiya bayrağı altında üzən gəminin saxlanılmasına dair məlumatım yoxdur".
Turkustan.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Kremldə bu barədə məlumat yoxdur, bunu Nəqliyyat Nazirliyi və ya Xarici İşlər Nazirliyindən soruşmaq məsləhətdir", - deyə o, brifinqdə qeyd edib.
Peskov əlavə edib ki, həbs zamanı Türkiyə tərəfi məlumatları Rusiya səfirliyinə və ya baş konsulluğuna təqdim etməlidir.
Bundan əvvəl Ukrayna taxılını daşıdığı iddia edilən Rusiya yük gəmisinin Türkiyədə saxlanılması xəbəri yayılmışdı. Ukrayna Türkiyə tərəfindən Rusiyanın işğalı altında olan Berdyansk limanından çıxarıldığı iddia edilən 4500 ton Ukrayna taxılını daşıyan yük gəmisinə həbs qoyulmasını istəyib.
Eyni zamanda, Rusiyanın Türkiyədəki səfirliyi bəyan edib ki, Rusiya quru yük gəmisinin saxlanılması barədə rəsmilər məlumat verməyib.
Ukrayna taxılını daşıyan Rusiya quru yük gəmisi ilə bağlı heç bir qərar verilməyib, o, hələ də Türkiyə limanının girişində dayanıb.
Bu barədə RİA Novosti Türkiyə gömrüyündəki mənbəyə istinadən xəbər verir. /yenisabah.az/