"Qiymət artacaqsa, bunun səbəbi əsaslandırılmalı, açıqlama verilməlidir" - Partiya sədri

4-07-2022, 16:50           
"Qiymət artacaqsa, bunun səbəbi əsaslandırılmalı, açıqlama verilməlidir" -
“Qiymətlərin qalxacağı gözlənilsə belə, şəkər tozunu mağazalardan yığışdırmaq və qiymət artımını gözləmək qanunsuz fəaliyyətdir. Bu məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tədbir görməlidir. Təbii ki, Azərbaycanda ən böyük tədarükçü olduğu üçün “Azərsun”un da buna reaksiyası önəmlidir. Ola bilsin, “Azərsun” özünün iqtisadi maraqları baxımından bunu hansısa formada “malalaya”, yaxud belə bir şey olmadığını deyə, digər bəhanələr gətirə bilər”.

Teref.az xəbər verir ki, bu sözləri Pravda.az-a Ağ Partiyanın sədri Tural Abbaslı son günlər yaranan şəkər tozu qıtlığı barədə danışarkən deyib.

Partiya sədri hesab edir ki, aidiyyəti dövlət qurumları qiymət artımı məsələlərinə çox ciddi yanaşmalıdırlar: “Gələcəkdə iqtisadi sabotaj məsələləri olmasın deyə, məsələ xüsusi diqqətdə saxlanılmalıdır. Un və un məmulatları, şəkər tozu, yağ və s. bunlar strateji ərzaq məhsullarıdır və daim nəzarətdə olmalıdır. Qiymət artacaqsa, bunun səbəbi əsaslandırılmalı, açıqlama verilməlidir. Yoxsa bütün məhsulları yığışdırıb qiymət bahalaşandan sonra bazara buraxmaq qanunsuz hərəkətdir. Güman edirəm, aidiyyəti qurumlar bu məsələyə tez zamanda reaksiya verərlər. Hər kəs istədiyini eləsə, burada dövlət olmaz”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru