Putin Qərblə gizli danışıqlar aparır - Klimkin

11-07-2022, 11:22           
Putin Qərblə gizli danışıqlar aparır - Klimkin
Ukraynaya genişmiqyaslı hərbi müdaxilənin beşinci ayında Rusiya Prezidenti Vladimir Putin danışıqlara can atır və Qərbdə həmsöhbətlər axtarır.

Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın keçmiş xarici işlər naziri Pavel Klimkin deyib.

"Putin danışıqlara can atır. Putinin nümayəndələri müxtəlif yarıgizli və gizli kanallar vasitəsilə ABŞ-a, Avropaya yaxınlaşmağa çalışırlar və deyirlər: "Gəlin, birtəhər razılaşaq. Bu, həm bizim, həm də sizin üçün faydalı olacaq. Onlar enerji, ərzaq böhranı və bir çox başqa şeylərlə qorxudurlar”, - Klimkin bildirib.

Diplomat qeyd edib ki, Putin payızda danışıqların zəruriliyinə daha çox diqqət yetirəcək, çünki bu, onun üçün ən yaxşı an olacaq - enerji və ərzaq qiymətlərində artım olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru