Britaniyanın yeni baş nazirinin məlum olacağı tarix açıqlandı

12-07-2022, 08:38           
Britaniyanın yeni baş nazirinin məlum olacağı tarix açıqlandı
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın 5-də açıqlanacaq. Bu barədə Mühafizəkarlar Partiyasının parlament komitəsi məlumat yayıb.

Məlumata görə, iyulun 12-də həm də baş nazir olacaq partiya sədri postuna namizədlərin irəli sürülməsinin başa çatacaq.
Seçki prosesinə isə iyulun 13-də başlanacaq.

Qeyd edək ki, hazırkı hökumət başçısı Boris Conson iyulun 7-də baş nazir və Mühafizəkarlar Partiyasının rəhbəri vəzifəsindən istefa verdiyini açıqlayıb. O, yeni baş nazir təyin olunana qədər vəzifəsinin icrasını davam etdirəcək. (Mənbə: lenta.ru)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru