ABŞAnti-Rusiya masası YENİDƏN QURULUR: Pentaqon yenilənmiş məlumatları...

12-07-2022, 08:29           
ABŞAnti-Rusiya masası YENİDƏN QURULUR:
“Ramşteyn formatı” kimi tanınan Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (UDCG) dördüncü iclası iyulun 20-də onlayn rejimdə keçiriləcək.

Publika.az xəbər verir ki, Pentaqonun mətbuat xidməti ABŞ və Ukraynanın müdafiə nazirləri Lloyd Ostin və Aleksey Reznikov arasında telefon danışığı barədə məlumat yayıb.

Qeyd olunub ki, Ostin iyulun 8-də elan edilmiş 400 milyon dollarlıq yeni paket də daxil olmaqla, ABŞ-ın Ukraynaya təhlükəsizlik yardımı barədə yenilənmiş məlumatları Reznikova təqdim edib.

Reznikov Pentaqonun rəhbərinə Ukraynadakı vəziyyətlə bağlı məlumat verib.

Nazirlər Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iyulun 20-də keçiriləcək növbəti iclasının gündəliyini müzakirə edib, ABŞ və onun müttəfiqlərinin UDCG formatında Ukraynaya gələcək yardımı barədə fikir mübadiləsi aparıblar.

Məlumatda anti-Putin koalisiyasının üzvlərinin növbəti görüşlərinin virtual rejimdə keçiriləcəyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru