Latviya hərbi xərcləri artıra və qadınları hərbi xidmətə çağıra bilər

12-07-2022, 08:45           
Latviya hərbi xərcləri artıra və qadınları hərbi xidmətə çağıra bilər
Latviya müdafiə xərclərini artıra bilər, çünki planlaşdırılan 2,5% kifayət etməyə bilər.

“Report” xəbər verir ki, bunu ölkə Prezidenti Eqils Levits deyib.

“Bu gün təhlükəsizlik bizim siyasətimizin prioritetidir. ÜDM-in 2,5%-i artıq ayrılıb, lakin bu, kifayət etməyə bilər və biz buna hazır olmalıyıq”, - Eqils Levits bildirib.

Bundan əlavə, prezident hərbi xidmətə çağırışın bütün ölkə vətəndaşlarına, o cümlədən qadınlara şamil edilməsini təklif edib:

“Düşünürəm ki, bu məsələdə bərabərlik olmalıdır, mən cinsindən asılı olmayaraq, müəyyən yaşda olan bütün Latviya vətəndaşları üçün hərbi xidmətin tətbiqi ideyasını dəstəkləyirəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru