Ermənistan tərəfi Ərdoğan-Paşinyan danışığını şərh edib - RƏSMİ

12-07-2022, 11:38           
Ermənistan tərəfi Ərdoğan-Paşinyan danışığını şərh edib - RƏSMİ
“Hesab edirəm ki, növbəti mərhələdə Ermənistan və Türkiyə vətəndaşları üçün sərhədləri açmaq mümkün olacaq”.

“Ölkə.Az” xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli İctimai Televiziyaya müsahibəsində Ərdoğan-Paşinyan telefon danışığını şərh edərkən deyib.

O əlavə edib ki, telefon danışığı zamanı Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması və sərhədlərin açılması məsələləri daha intensiv irəliləyişlə bağlı məsələ müzakirə olunub.

O bildirib ki, Ərdoğanla Paşinyan üçüncü ölkə vətəndaşları üçün sərhədin açılması və yüklərin daşınması məsələlərini ətraflı müzakirə ediblər.

Qriqoryan qeyd edib ki, münasibətlərin normallaşması hər iki ölkənin vətəndaşları üçün sərhədlərin açılmasını nəzərdə tutur:

“Biz ümid edirik və bu məsələni tərəfdaşlarımızla müzakirə etməyə davam edirik ki, münasibətlərin normallaşması kontekstində Ermənistan və Türkiyə vətəndaşları üçün də sərhədi aça bilək”.

Müxalifətin Türkiyə ilə sərhədin yük daşımaları üçün açılacağı təqdirdə Acarıstanda baş verənlərin Ermənistanda da baş verə biləcəyi, yəni türk biznesinin Ermənistan bazarını tutacağı iddialarına münasibət bildirən Qriqoryan əmin edib ki, Ermənistan-Türkiyə əlaqələri Ermənistan iqtisadiyyatına müsbət təsir edəcək.

“Çətinliklər varsa, onlar müzakirə olunacaq və müvafiq həll yolları tapılacaq”.

Türkiyə və Ermənistan nümayəndələrinin Ankara və İrəvanda deyil, üçüncü ölkələrdə görüşməsi ilə bağlı suala Təhlükəsizlik Şurasının katibi bildirib ki, Ərdoğanla Paşinyan arasındakı telefon danışığından sonra bu görüşləri hər iki ölkədə keçirmək mümkün olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru