Polşadan inanılmaz təklif - Rusiya daxili üsyanla parçalanmalıdır
12-07-2022, 12:40

Polşanın keçmiş prezidenti Lex Valensa deyib ki, Rusiya daxili üsyanla parçalanmalıdır. O, bildirib ki, Rusiya xalqları daxildə üsyana başlamalıdır və NATO da onları dəstəkləməlidir. “
Qərb Ukraynada bu müharibədə qalib gəlsə belə, gələcəkdə Rusiya təhlükəsi bitməyəcək”, - Polşanın keçmiş prezidenti Fransa mətbuatına bildirib.
Rusiyada yarana biləcək daxili üsyanın NATO tərəfindən dəstəklənməsi gərəkdiyini bildirən Valensa, bu yolla Rusiya əhalisinin 50 milyona endirilə biləcəyini və bunun Qərb üçün təhlükə olmaqdan çıxacağını iddia edib.
Valesanın sözlərinə Rusiyadan ilk reaksiya Dumanın Beynəlxalq Əlaqələr Komitəsindən gəlib. Rusiya Liberal Demokrat Partiyasının lideri və Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski deyib ki, NATO və Qərbin arzuladığı silahlı və qanlı çevrilişlər Rusiyada baş verməyəcək.
“Suriya, Liviya, Əfqanıstan və İraqdakı görüntüləri Rusiyada görə bilməyəcəklər” deyən Slutski, Rusiyadan daha çox, enerji və ərzaq qiymətlərinin bahalaşması üzündən
Varşava, Brüssel və digər Avropa şəhərlərində bu cür görüntülərin ortaya çıxa biləcəyini iddia edib.
Bakixeber.com
Tahir TAĞIYEV