“Ola bilər ki, sərhəddin ayrı-ayrı yerlərində də atəş səsləri eşidilsin” - Erməni generaldan ilginc açıqlamalar

13-07-2022, 09:27           
“Ola bilər ki, sərhəddin ayrı-ayrı yerlərində də atəş səsləri eşidilsin” -
“Ola bilər ki, sərhəddin ayrı-ayrı yerlərində də atəş səsləri eşidilsin”
Ermənistan müdafiə nazirninin müavini Arman Sarkisyan Azərbaycan-Ermənistan sərhəddində son zamanlar intensivləşən hərbi təxribatlarla bağlı suallara cavab verməkdən yayınıb. TEREF JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, o, bu barədə danışmaq istəmədiyini söyləyib, rəsmi məlumatlara əsaslanmağı tövsiyyə edib.

Sarkisyan bildirib ki, onun hər hansı açıqlama verməksəlahiyyəti yoxdur.

Qeyd edək ki, son həftə ərzində Ermənistan tərəfi Azərbaycanla sərhəddə, xüsusən də Kəlbəcər istiqamətində mütəmadi olaraq təxribatlara əl atır. Sonuncu belə təxribat isə dünən gecə saatlarında baş verib. Belə ki, ermənilər Basarkeçər rayonu ərazisindən Kəlbəcərin Zəylik kəndini atəşə tutublar. Cavab atəşi ilə düşmən susdurulub.

Arman Sarkisyan isə bildirib ki, hal hazırda Azərbaycanla Ermənistan sərhəddində mənzərə dəyişib, yeni sərhəd ortaya çıxıb. “Ona görə də, başqa yerlərdə də atəş səsləri eşidilə bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru