İranlı diplomatın “qarın ağrısı”, yenə “terrorçu”, yenə sərhəd məsələsi…

12-08-2022, 00:07           
İranlı diplomatın “qarın ağrısı”, yenə “terrorçu”, yenə sərhəd məsələsi…
44 günlük müharibədən sonra məqsədli şəkildə gündəmə gətirilən və açıq yalan olan bir məsələ bu gün də dövriyyədədir. İşin qəribə tərəfi odur ki, bu məsələ İranın dilində mütəmadi olaraq dönüb, dolaşır. Söhbət guya, müharibədə Azərbaycan tərəfindən Suriyadan gətirilmiş muzdluların döyüşməsidir.

JAMAZ.İNFO xəbər verir ki, bununla bağlı Azərbaycanın dövlət başçısı bir neçə dəfə açıqlama verib. Hər dəfəsində bildirib ki, belə birşey yoxdur və olmayıb. Azərbaycanın əleyhinə işləyən qrupların ortaya atdıqları məsələ yenidən, bu dəfə də İran tərəfindən ortaya atılıb.

JAMAZ.İNFO xəbər verir ki, İranın Ermənistandakı sabiq səfiri Qasem Səccadi Tvitter səhifəsində yenidən “terrorçu”lar məsələsinə baş vurub. “Terrorçuların mövcudluğu və onların Suriyadan Azərbaycana gətirilərək, İranla sərhəddə yerləşdirilməsi yolverilməzdir. Yunanıstan, Kipr, Ermənistan, Suriya və İraqın ardınca, Türkiyə indi İran sərhədləri yaxınlığında pis fəaliyyət göstərir. Türkiyə odla oynadığını başa düşməlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru