Rusiya nə üçün Krıma zərbəsinə görə Ukraynanı günahlandıra bilmir? - Hərbi ekspert izah edir

12-08-2022, 11:39           
Rusiya nə üçün Krıma zərbəsinə görə Ukraynanı günahlandıra bilmir? -
Müvəqqəti işğal edilmiş Krımdakı hərbi aerodromda partlayış açıqca zərbənin nəticəsində olub, yanğın təhlükəsizliyinə biganə münasibətin yox.

Bu barədə hərbi ekspert Sergey Qrabski telemarafonun efirindən xəbər verib.

«Bizim gördüyümüz açıq-açığına ehtiyatsızlıq üzündən yerə tullanmış siqaret kötüyü və yanğın təhlükəsizliyi qaydalarına laqeyd münasibətin nəticəsi olmayıb. Mübahisəsiz, bu, zərbə olub, bu zərbənin xarakteristikasını axıra qədər müəyyən etmək imkanımız yoxdur və mən, təklif edirəm ki, bizim rəsmi strukturların bəyanatını gözləyək» - Qrabski deyib.

O, qeyd edib ki, Rusiya bu hadisəni Ukrayna tərəfin zərbəsi kimi etiraf edə bilmir.

«Burada onlar özlərinin deklorativlik və yekəxanalıqlarının girovuna çevriliblər. Hazırda Rusiya heç cür etiraf edə bilmir ki, bu, USQ tərəfindən zərbə olub, axı beləliklə, bu, Rusiya HHM, əks-terrorçuluq, əks-diversiya komplekslərinin sistemli çatışmazlığını etiraf etmiş olardı. Həm də bu, Rusiya RHM sisteminin effektliliyi barədə mifi dağıdır» - ekspert deyib.

Qrabskinin sözlərinə görə, Rusiya pul itirə bilər, əgər bütün dünya Rusiyanın HHM sisteminin nöqsanlarını görsə.

«Bu, Rusiya hərbi-sənaye kompleksi üçün çox böyük məğlubiyyətdir, axı əgər onlar bunu etiraf etsələr, bütün dünya Rusiya hərbi silahlarının satın alınmasının məqsədəuyğun olmadığını görər, belə ki, bu, mahiyyət etibarilə bir topa köhnə paslı tor-töküntüdür və obyektləri qorumaq iqtidarında deyil. Və bu, pul itkisidir» - ekspert qeyd edib.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru