Rusiya savaşı dayandırmaq üçün bəhanə axtarır? –

14-08-2022, 00:13           
Rusiya savaşı dayandırmaq üçün bəhanə axtarır? –
“Vaşinqton məğlubiyyətdən qaçmaq üçün Ukrayna Prezidenti Vladimir Zelenskini Rusiya ilə danışıqlar masasına qayıtmağa məcbur etməlidir, bu, ABŞ üçün ən yaxşı həll yolu olardı”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika departamentinin direktoru Aleksandr Darçiyev deyib.
“Yaxın tarixdə Əfqanıstanda olduğu kimi, Vaşinqtonun alçaldıcı məğlubiyyətdən qaçması üçün ən yaxşı həll Zelenskini mənasız müqavimətini dayandırmağa və çox gec olmadan danışıqlar masasına qayıtmağa məcbur etməsi olardı”, – diplomat vurğulayıb.
Darçiyev qeyd edib ki, Vaşinqton Moskvanın arqumentlərini eşitməməyə üstünlük verir.
ABŞ mediası isə Rusiya rəhbərliyinin müharibəni dayandırmağın yollarını axtardığını iddia edir. Amerika mənbələrinə görə, Moskva “əlverişli zəmin” yaranan kimi Kiyevə dialoq təklifi verəcək. Bunun noyabrda baş verəcəyi ehtimalı var. /Teleqraf.com/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru