Deputatdan sosial şəbəkədə haqqında yayılan sitatla bağlı AÇIQLAMA

14-08-2022, 00:19           
Deputatdan sosial şəbəkədə haqqında yayılan sitatla bağlı AÇIQLAMA
Milli Məclisin deputatı Sevinc Fətəliyeva sosial şəbəkələrdə onun adından sitat paylaşanlara cavab verib.
Bakupost.az xəbər verir ki, deputat bununla bağlı rəsmi "Facebook" səhifəsində paylaşım edib:
"Adımdan uydurma və cəfəng sitat paylaşanların nəzərinə: bu cür yanaşma sərgiləyənlər unutmasınlar ki, yanlış məlumat və təhqir olunma qanun çərçivəsində tənzimlənir!".
Xatırladaq ki, bu gün sosial şəbəkələrdə Sevinc Fətəliyevanın adından "Bəzən sosial şəbəkələrdə elə fikirlər səslənir ki, utandığım üçün 2-3 gün evə getməyib oteldə qalıram" sitatı paylaşılıb. Həmin sitat sosial şəbəkədə müzakirələrə səbəb olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru